Muxtar Babayev Hacıqabulda vətəndaşları qəbul etdi

muxtar-babayev-haciqabulda-vetendaslari-qebul-etdi
Oxunma sayı: 983

Mayın 12-si ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.