Muxtar Babayev İsmayıllıda vətəndaşları qəbul etdi - Fotolar

muxtar-babayev-ismayillida-vetendaslari-qebul-etdi
Oxunma sayı: 1816

Bu gün ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.