Muxtar Babayev növbəti vətəndaş qəbulu keçirdi - Foto

muxtar-babayev-novbeti-vetendas-qebulu-kecirdi
Oxunma sayı: 1227

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, yanvarın 31-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. 

Bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) Mətbuat xidmətindən bildirilib.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.