Muxtar Babayev səfirlə görüşdü

muxtar-babayev-sefirle-gorusdu
Oxunma sayı: 1341

Ekologiya və Təbii Sərvətlər    Nazirliyində nazir Muxtar Babayevlə Misir Ərəb Respublikasının   Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abel İbrahim arasında tanışlıq görüşü keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Misir arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.