Tacikistanın sənaye və yeni texnologiyalar naziri cənab Şerali Kabir ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.