Muxtar Babayev türkiyəli həmkarı ilə görüşdü

muxtar-babayev-turkiyeli-hemkari-ile-gorusdu
Oxunma sayı: 694

Azərbaycanda işgüzar səfərdə olan Türkiyə kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub.

Bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi  sərgiləri çərçivəsində baş tutan görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su resurslarının səmərəli idarə olunması, eləcə də iki ölkə arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.