Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 13 mart saat 9:00-da Xaçmaz, Quba və Şabran rayonlarının vətəndaşlarını Xaçmaz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Xaçmaz şəhəri, Nəriman Nərimanov 72a, Heydər Əliyev parkı) qəbul edəcək.
“Qafqazinfo”nun məlumatına görə, həmin gün, həmçinin nazirin müavinləri: Firdovsi Əliyev Qusar rayonunun vətəndaşları ilə Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, Mirzə Vəliyev küçəsi), Rauf Hacıyev isə Xızı və Siyəzən rayonlarının vətəndaşları ilə Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Xızı şəhəri, Heydər Əliyev prospekti 37) görüşəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü şöbə) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 023-323-00-14, 051-594-62-11, 070-232-33-45) xahiş olunur.
Son xəbərlər
Son Xəbərlər