Muxtar Babayev və müavinləri qəbul keçirdi

muxtar-babayev-ve-muavinleri-qebul-kecirdi
Oxunma sayı: 1490

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev fevralın 28-də İmişli şəhərində yerləşən Heydər Əliyev  Mərkəzində İmişli, Beyləqan, Sabirabad, Kürdəmir, Biləsuvar rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, həmin gün Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Firdovsi Əliyev Füzuli rayonundan, Rauf Hacıyev isə Zərdab rayonundan olan vətəndaşlarla görüşüb.

Qəbullar zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.