Müxtəlif bölgələrdə toxum sərgi-satış yarmarkaları keçiriləcək

muxtelif-bolgelerde-toxum-sergi-satis-yarmarkalari-kecirilecek
Oxunma sayı: 736

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında ənənəvi olaraq toxum sərgi-satış yarmarkaları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, toxum istehsalı üzrə respublikanın torpaq iqlim zonalarını, həmçinin toxum istehsalçılarının, fermerlərin yarmarkaya maraqlarını və istəklərini nəzərə alaraq əvvəlki ildən fərqli olaraq toxum sərgi yarmarkası respublikanın 8 müxtəlif bölgələrində aşağıdakı qrafik üzrə keçiriləcək:

18 avqust - Şəki;

20 avqust - İsmayıllı;

24 avqust - Quba;

29 avqust – Ağcabədi;

31 avqust - Sabirabad;

02 sentyabr – Cəlilabad;

08 sentyabr-Hacıqabul.

Yarmarkanın müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, rəqabət mühitinin yaradılması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqələrin və münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, toxumçuluqda yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılması, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, həmçinin fermerlərə sertifikatlı toxumlara əlçatanlığının təmin olunmasıdır.

Sərgidə əsasən dənli, (arpa, buğda) həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdiriləcək. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat veriləcək və informasiya materialları təqdim olunacaq.

Yarmarkada məhsulunu nümayiş etdirmək istəyən toxumçular öncədən Aqrar Xidmətlər Agentliyinə müraciət etməlidir.