Muzdla işləyənlərin sayı açıqlandı

muzdla-isleyenlerin-sayi-aciqlandi
Oxunma sayı: 631

“Qafqazinfo” Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, muzdla işləyənlərin 23,6 faizi təhsildə, 19,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,5 faizi sənayedə, 9,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,6 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14,6 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bununla yanaşı, müşahidələr göstərir ki, muzdlu işçilərin bir qismi əmək müqaviləsi bağlamadan fəaliyyət göstərir və onların statistik uçotla əhatə olunması mümkün olmur.
2012-ci ilin oktyabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 403,3 manat təşkil edib. Yanvar-oktyabr aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 9,0 faiz artaraq 390,2 manat olub. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, informasiya və rabitədə, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.