Muzeydə “Açıq qapı” günü

muzeyde-aciq-qapi-gunu-
Oxunma sayı: 1475

Bu il dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin anadan olmasının 130 illiyi tamam olur.

“Qafqazinfo” xəbər verir ki, sentyabrın 18-i görkəmli bəstəkarın doğum günüdür. Həmin gün C.Cabbarlı adına

Azərbaycan Dövlət Teatr Muzeyində Milli Musiqi Günü qeyd olunacaq.

Sentyabrın 18-də Teatr Muzeyində fond materialları əsasında bəstəkarın əsərlərinə çəkilmiş geyim və dekorasiya eskizlərindən ibarət "Üzeyir personajları rəssamların gözü ilə " adlı sərgi təşkil olunacaq.Muzeyə gələn qonaqlara sərgi ilə yanaşı, Azərbaycanda opera sənətinin yaranma tarixi və inkişafı, Üzeyir

Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat veriləcək və bəstəkarın yaradıcılığını əks etdirən video-çarxlar nümayiş olunacaq. Həmin gün muzeydə "Açıq qapı" günü elan ediləcək.