Lənkəran Tarix-Diyarşünaslıq muzeyində “Muzeylər və Multikulturalizm” başlığı altında tədbir təşkil olunub.
"Qafqazinfo" xəbər verir ki, tədbiri giriş sözü ilə muzeyin baş mühafizi Xalid Məmmədov açaraq muzeyə gələn qonaqlara, ayrı-ayrı təşkilat nümayəndələrinə, məktəblilərə, muzey ekspozisiyası haqqında, muzeyin yerli əhəmiyyətli tarixi abidədə yerləşdiyi haqda məlumat verib.
Sonra muzeyin elmi işçisi İlham Quliyev “Muzeylər və Multikultiralizm” ilə bağlı mühazirə oxudu. Çıxışlarda tariximizin muzeylərdə qorunub saxlandığını, tariximizin haqqında ətraflı məlumatı gələcək nəsillərə ötürməkdə muzeylərin böyük rol oynadığı vurğulanıb.
Şəhər məktəblilərinin ifasında şeir-kompozisiya, vətənpərvər mahnılar səsləndi. Həmin günlər ərzində muzey axşam saatlarına qədər fəaliyyət göstərdi və tariximiz haqda ətraflı məlumat verilib.



Son xəbərlər
Son Xəbərlər