Muzeylərin səyyar sərgiləri

muzeylerin-seyyar-sergileri
Oxunma sayı: 799


“Qafqazinfo”  xəbər verir ki, səyyar sərgi qurumun şəbəkəsinə daxil olan müəssisələrdə 3 gün davam edəcək. Layihənin əsas məqsədi insanların muzeylərə marağını artırmaqla bərabər, asudə vaxtın səmərəli təşkilində bu mədəniyyət ocaqlarının əhəmiyyətini diqqətə çatdırmaqdır.

Bu ilin ilk səyyar sərgisi mayın 4-dən 6-dək Məmməd Səid Ordubadinin xatirə muzeyi tərəfindən Vəli Məmmədov adına mədəniyyət evində keçiriləcək. Mayın 5-dən 7-dək Azərbaycan Dövlət Din Tarixi Muzeyi tərəfindən Qala qəsəbə klubunda, 12-dən14-dək Nəriman Nərimanovun xatirə muzeyi tərəfindən Binəqədi mərkəzi mədəniyyət evində, 13-dən 15-dək Əzim Əzimzadənin ev-muzeyi tərəfindən Bibiheybət qəsəbə mədəniyyət evində, 19-dan 21-dək Cəlil Məmmədquluzadənin ev-muzeyi tərəfindən Kürdəxanı qəsəbə mədəniyyət evində, 25-dən 27-dək isə Cəfər Cabbarlının ev-muzeyi tərəfindən Gürgan mədəniyyət evində sərgilər təşkil ediləcək.