UEFA Avropa Liqası finalında “Çelsi” ilə matç üçün Bakıya gələcək “Arsenal” erməni futbolçusu Henrik Mxitaryanı da paytaxtımıza gətirə biləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən “Tass” agentliyinə məlumat verilib.
Bildirilib ki, heç bir problem olmayacaq və AFFA onun gəlişini təsiqləyib: “UEFA-nın qaydalarına görə biz viza almaq üçün tələb göndərə bilərik. Mxitaryanın Bakıdakı finalda iştirak etməsində problem olmayacaq. Artıq bu AFFA tərəfindən təsdiqlənib və bütün təhlükəsizlik tədbirləri görüləcək”.
Son xəbərlər
Son Xəbərlər