Myanmada hərbi xunta və legitim hökumət üzvlərinin həbsinə qarşı etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həlak olanların sayı 614-ə çatıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının hazırladığı məruzədə deyilir.
Təkcə son sutka ərzində etiraz aksiyalarının dağıdılması zamanı 16 nəfər öldürülüb.
İndiyədək 500 nəfərin barəsində həbs orderi çıxarılıb.
Bununla yanaşı, “Myanmar Now” və “The Irrawaddy” nəşrlərinin məlumatına görə, bu günlərdə Saqayn əyalətinin Taze şəhərində etirazçılarla hərbçilər arasında silahlı toqquşma baş verib. Hərbçilər etirazçılara qarşı döyüş güllələrindən istifadə edib, sonuncular isə hərbçilərə bıçaq və əldəqayırma partlayıcılarla hücum edib. İnsident nəticəsində 11 etirazçı həyatını itirib, hərbçilərin arasında qurbanların olması barədə məlumat yoxdur.
Son xəbərlər
Son Xəbərlər