Myanmada hərbi xuntaya qarşı etiraz aksiyalarının dağıdılması zamanı öldürülənlərin sayı 737-yə çatıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının hazırladığı məruzədə deyilir.
Təkcə son sutka ərzində 7 nəfər öldürülüb.
Bununla yanaşı, aksiyaların 3 229 etirazçı hələ də həbsdədir, 930 nəfərin isə barəsində həbs orderi çıxarılıb.
Xatırladaq ki, aprelin 16-da Myanmada hərbi çevrilişə qarşı yaradılmış İttifaq Assambleyasının Nümayəndələr Komitəsi (CRPH) vətəndaş hökumətinin formalaşdırıldığını bəyan edib.
Son xəbərlər
Son Xəbərlər