Myanmada hərbi xuntaya qarşı etiraz aksiyalarının dağıdılması zamanı öldürülənlərin sayı 802-yə çatıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının hazırladığı məruzədə deyilir.
Təkcə son sutka ərzində etiraz aksiyalarının dağıdılması zamanı 6 nəfər öldürülüb.
Bununla yanaşı, indiyədək aksiyaların 4 120 etirazçı hələ də həbsdədir, 1 699 nəfərin barəsində həbs orderi çıxarılıb.
Son xəbərlər
Son Xəbərlər