Myanmada etirazların dağıdılması - Qurbanların sayı 860-a çatdı

Myanmada etirazların dağıdılması
Oxunma sayı: 1184

Myanmada hərbi xuntaya qarşı etiraz aksiyalarının dağıdılması zamanı öldürülənlərin sayı 860-a çatıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının hazırladığı məruzədə deyilir.

Təkcə son sutka ərzində etiraz aksiyalarının dağıdılması zamanı 2 nəfər öldürülüb.

Eyni zamanda, indiyədək aksiyaların 4 804 etirazçısı hələ də həbsdədir, 1 936 nəfərin barəsində həbs orderi çıxarılıb.