Myanmada güclü zəlzələ

myanmada-guclu-zelzele
Oxunma sayı: 1127

Myanmanın mərkəzi hissəsində 5,1 maqnitudalı zəlzələ olub.

Bu barədə “Qafqazinfo” Honkonq Rəsədxanasının Seysmoloji Şəbəkəsinə istinadən xəbər verir.

Yeraltı təkanlar Çin vaxtı ilə saat 10:34-də (Bakı vaxtı ilə saat 06:34-də-red.) qeydə alınıb.

Zəlzələnin episentri Meythila şəhərindən 210 kilometr şimalda yerləşib, ocağın dərinliyi qeyd olunmayıb.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.