Myanmada hərbi təyyarə qəzaya düşüb

myanmada-herbi-teyyare-qezaya-dusub
Oxunma sayı: 783

Myanmada Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Taunq şəhəri yaxınlığında olub.  Ölkə MN-nin yaydığı məlumatda qeyd edilir ki, F-7 təlim təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. O da bildirilir ki, pilot vaxtında təyyarədən çıxsa da, aldığı xəsarətlərdən ölüb.

Aysel Kərimova