Myanmada torpaq sürüşdü, 162 nəfər öldü

myanmada-torpaq-surusdu-162-nefer-oldu
Oxunma sayı: 1358

Myanmanın şimalında Kaçin ştatının Pxakan şəhərində nefrit şaxtasında torpaq sürüşməsi baş verib.

“Qafqazinfo”nun “RİA Novosti”yə isitnadən məlumatına görə, təbii fəlakət nəticəsində 162 nəfərin cəsədi tapılıb, 54 nəfər xəsarət alıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Sürüşməyə mövsümi yağışların səbəb olduğu bildirilir.