Myanmada torpaq sürüşməsi 15 can aldı

myanmada-torpaq-surusmesi-15-can-aldi
Oxunma sayı: 784

Myanmanın cənub-şərqində Mon ştatının Paunq qəsəbəsində torpaq sürüşməsi olub.

“Qafqazinfo” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, nəticədə 15 nəfər ölüb. Sürüşmə zamanı 10 ev torpaq altında qalıb. 28 nəfərin həyatını xilas etmək mümkün olub. Axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı istisna olunmur. 

Qeyd edək son 2 gündə torpaq sürüşməsi səbəbindən 12 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.