Myanmada vətəndaş müharibəsi baş verə bilər.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin Myanma üzrə xüsusi nümayəndəsi Kristin Şraner bildirib.
“Gözümüzün önündə Myanmada mülki əhaliyə böyük miqyaslı və sistematik hücumlar olur. Hərbçilər çox qəddardır və bu, vətəndaş müharibəsi ehtimalını artırır”, - Şraner BMT TŞ-də qapalı məsləhətləşmələr zamanı bildirib.
Onun sözlərinə görə, fevralın 1-dən artıq 520-dən çox insan təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında gedən qarşıdurmaların qurbanı olub.
Şraner Myanmada böyük miqyaslı fəlakətin qarşısının alınması üçün BMT Təhlükəsizlik Şurasını sərəncamında olan bütün vasitələrdən istifadə etməyə çağırıb.
Son xəbərlər
Son Xəbərlər