Nabran çimərlikləri yararsızdır

nabran-cimerlikleri-yararsizdir
Oxunma sayı: 2507

Nabran ərazisi çimərlik üçün yararsız hesab olunur. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov şimal və cənub bölgələrində fəaliyyət göstərən çimərliklərlə bağlı monitorinqlərin nəticələrinə əsasən deyib.

O bildirib ki, şimal bölgəsində Yalama, İstisu, Seyidlər və digər çimərliklərdən dəniz suyu və dib çöküntüləri nümunəsi götürülüb:

“ Aparılmış laborator təhlillərin nəticəsində məlum olub ki, Nabran ərazisi çimərlik üçün yararsız hesab olunur. Bu səbəbdən vətəndaşlara daha yararlı çimərliklərdən istifadə etmək məsləhət görülür. 

Cənub bölgəsindəki sahilboyu çimərliklərdən də analoji nümunələr götürülüb. Təhlillərə əsasən digər bölgələrə nisbətən Lənkəran və Astara çimərlikləri yararlı hesab olunur. 

Nazirlik olaraq bizim məqsədimiz heç də istirahət mərkəzlərini, iaişə obyektlərini cərimələmək deyil. Biz sadəcə onlara xəbərdarlıq etmişik ki, çimərlik mövsümü başlayana kimi bioloji təmizlik qurğularını qursunlar. Ancaq təssüflə bildirirəm ki, bu xəbərdarlığımıza əməl olunmayıb”.