Nabran qazsız qalıb

nabran-qazsiz-qalib
Oxunma sayı: 1265

Xəzər dənizinin sahilində yerləşən Xaçmazın məşhur Nabranı qazsızdır.

Qafqazinfo”nun Ans press-ə istinadən məlumatına görə, Nabranın aşağı hissəsində yerləşən Müqtədir və yuxarı hissəsindəkı Yalama qəsəbələri mavi yanacaqla təmin edilsə də, bu məşhur turizm bölgəsi qazlaşdırılmayıb. Yerli sakinlər deyir ki, qışda qızınmaq üçün meşələrdən odun gətirmələri də mümkün deyil. Çünki həmin ərazi Samur-Yalama milli parkı kimi elan edilib.

“İstəyirəm Nabranda da qaz olsun. Burda bütün respublikanın məşhur insanlarının bağ evləri var, gözəl istirahət məkanları var, ancaq qazsızlıqdan çox əziyyət çəkirik”,- deyə Nabran sakini Fərhad Taibov bildirir.

Nabran sakini Əhməd Qurbanəliyev qəsəbədə qazsız yaşamağın çox çətin olduğunu deyir: “Televizorda göstərirlər, bütün ölkələrdən bura gəlirlər, turistlər gəlir, istirahət edənlər gəlir, hər cür şərait var, amma qaz yoxdur”.