Nabran yoluna 1,7 milyon ayrıldı- - Sərəncam

nabran-yoluna-17-milyon-ayrildi-
Oxunma sayı: 1526


Prezident İlham Əliyev Xaçmaz rayonu ərazisində Dalğalı–Nabran–Tel avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən üç min iki yüz nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Dalğalı–Nabran–Tel avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,7 milyon (bir milyon yeddi yüz min) manat ayrılması nəzərdə tutulub. 

Maliyyə Nazirliyinə maliyyələşməni bu sərəncamın 1-ci hissəsində müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.