Nabranda 2 nəfər dənizdə batdı

nabranda-2-nefer-denizde-batdi
Oxunma sayı: 2999

Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15  km aralı, qeyri-çimərlik ərazi) 2 nəfər batıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şimal" dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.