Nabrandakı çimərliklərdən birində ölüm hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 8-də Quba rayon sakini Anar Qurbanov Xaçmaz rayonunun Nabran kəndinin dəniz çimərliyində çimərkən boğulub.
Meyit sudan çıxarılıb.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər