Nabranda yanğının söndürülməsinə helikopter cəlb edildi - Foto+Yenilənib

nabranda-yanginin-sondurulmesine-helikopter-celb-edildi
Oxunma sayı: 3022

Nabranda biçilməmiş əkin sahələrində yanğın baş verib.

"Qafqazinfo" xəbər verir ki, Xaçmaz rayonu, Nabran kəndində güclü küləyin müşaiyətilə əkin sahəsində yanğın davam edir.

Əraziyə yanğınsöndürənlər cəlb olunub.

***

Nabranda biçilməmiş 30 hektar taxıl sahəsində baş verən yanğın söndürülüb, lakin yanğın indi meşəlik əraziyə keçib. 

Ərazidə olan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bəxtiyar Osmanov bildirib ki, hadisə yerinə Xaçmaz Yanğından Mühafizə Xidmətinin 5 texnikası və canlı qüvvəsi cəlb olunub. 

Meşədə baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Emin Gülağaoğlu

***

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir. Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.