“Nabukko”nun dəyəri açıqlandı

nabukkonun-deyeri-aciqlandi
Oxunma sayı: 634

Layihənin qiyməti haqda Londonda keçirilən brifinqdə Macarıstanın Milli İnkişaf Nazirliyinin rəhbəri Tamaş Felleqi danışıb.

Lakin macarıstanlı nazir layihənin reallaşmasına şübhəli yanaşıb: “"Nabukko"nun yekun dəyərini hələlik heç kim proqnozlaşdıra bilməz. Optimist qiymətləndirmələrə görə, layihənin dəyəri 24-26 milyard dollar ola bilər. Hazırda layihənin ilkin dəyəri (7.9 mlrd dollar) nəzərdən keçirilir”.

Qeyd edək ki, "Nabukko"da iştirak edəcək şirkətlər sırasına OMV Gas GmbH (Аvstriya), Botas (Тürkiyə), Bulgargaz (Bolqarıstan), S.N.T.G.N. Transgaz S.A. (Rumiya), MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan), RWE (Almaniya). Hər bir iştirakçı tərəf bərabər paya malikdir-16,67%. Lahiyənin əsas tədarükçü ölkələri Azərbaycan, İraq və Türkmənistandır.