Nadir 200-lər klubunda

nadir-200-ler-klubunda
Oxunma sayı: 712

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 32 yaşlı futbolçu “Turan”ın heyətində 200-cü çempionat matçına çıxıb. Nəbiyev heyətində 10 mövsüm keçirdiyi doğma komandasında bu matçadək 199 oyuna çıxmışdı. Nadir bu müddətdə komandasının heyətində 62 qol vurub.
Qeyd edək ki, Nadir Nəbiyev Azərbaycan çempionatları tarixində eyni komandada ən azı 200 oyun keçirən 10-cu futbolçu oldu. Ona qədər yalnız 9 oyunçuya bu nəsib olmuşdu:

1. Aslan Kərimov “Qarabağ” 268
2. Sakit Alıyev “Turan” 248
3. Müşfiq Hüseynov “Qarabağ” 244
4. Nizami Sadıqov “Turan” 237
5. Səttar Əliyev “Qarabağ” 230
6. Yaşar Hüseynov “Qarabağ” 226
7. Müşfiq Vəliyev “Viləş” 221
8. Alay Bəhramov “Viləş” 220
9. Eltay Aslanov “Turan” 208
10. Nadir Nəbiyev “Turan” 200

Ceyhun Əhmədov