Nadir İstanbula getdi

nadir-istanbula-getdi
Oxunma sayı: 1531


“Artıq Türkiyədəyəm. Səfərimin əsas məqsədi yaradıcılıq işlərimlə bağlıdır. Çoxları bilir ki, əksər mahnılarımı Türkiyədə lentə aldırıram. Burada olan texnika mənim ürəyimcədir. Yeni bir layihə üzərində çalışıram. Bu layihənin nədən ibarət olduğunu demək istəmirəm. Çünki ideyamı mənimsəyənlər ola bilər. Şou aləminin lazımsız söhbətlərini, qalmaqallarından kənar gəzməyi daha üstün tuturam. Amma buna baxmayaraq adımı “qalmaqallı müğənni” qoyublar. Mən qalmaqallı müğənni yox, düz sözü deyən ifaçılardanam. Mənə qarşı çaşanların qapazını sözümlə vururam. Belə bir deyim var: “Bıçaq yarası keçər, amma söz yarası əsla”. Mən bu fikirlə razıyam”.