Yaradıcılığında baş verən yeniliklərdən söhbət açan Qafarzadə hitə çevriləcək mahnılar üzərində işlədiyini bildirib:
“Bu gün yeni mahnımı təqdim edirəm. Bu bəstəni Azərbaycanın dahi sənətkarı, dünya şöhrətli müğənnisi Zeynəb Xanlarova ifa etmişdi. Elə o vaxtlardan bu mahnı mənim ürəyimdə öz yerini tapmışdı. Əksər hallarda bu mahnını züm-zümə edirdim. Daha sonra qərara aldım ki, bu bəstəni repertuarıma daxil edim. Bundan əlavə bir neçə mahnı da ifa etmişəm. Lakin hələ onu açıqlamaq istəmirəm. Amma bircə onu deyim ki, səs-küyə səbəb olacaq. Öncədən xəbərdarlıq edirəm. Partlayışa hazır olun”.
Son xəbərlər
Son Xəbərlər