"Qafqazinfo"ya daxil olan məlumata görə, qocalar evinə baş çəkən müğənni orada olan yaşlı insanlara Novruz bayramı sovqatı bağışlayıb. Daha sonra onlarla birgə yemək süfrəsinə əyləşib yemək yeyən müğənni öz musiqi hədiyyəsini də səsləndirib. Daim xeyriyyə tədbirlərinə qatılan müğənni bu tədbirlə bağlı açıqlama vermək niyyətində olmadığını söylədi:
“Mən daim qocalar evinə gedirəm. Bunu hər dəfə açıqlayası deyiləm. Bircə onu deyə bilərəm ki, bu mənim içimdən gəlir edirəm. Bu qədər. Barəmdə xeyriyyə işlərlə bağlı xəbərlərin informasiya portallarında yayılmasının tərəfdarı deyiləm”
Son xəbərlər
Son Xəbərlər