Nadir Qafarzadə ilə Brilliant arasında - - Qalmaqal

nadir-qafarzade-ile-brilliant-arasinda-
Oxunma sayı: 2421


“Qafqazinfo”nun məlumatına görə, müğənni repertuarına daxil etdiyi “Unutulur” mahnısını daha öncə duet şəklində oxuduğunu qeyd edib:

“İfa etdiyim mahnılar hər zaman müzakirə mövzusu olur. Bu normaldır. Bu günə qədər bir çoxları mənim ideyamı oğurlayıblar, oğurlamaqda da davam edirlər. Amma mən heç kimin mahnısını nə oğurlamışam, nə də ki, mənimsəmişəm. İllərdir dinlədiyim bir mahnını repertuarıma daxil etmişəm. Bu mahnını ilk öncə tələbəmlə duet şəklində ifa etdim. Lakin daha sonra solo versiyada oxumağı qərara aldım. Çünki əksər yerlərdə xahiş edirlər ki, bu mahnını oxuyum”. 

Qeyd edək ki, xalq artisti Brilliant Dadaşova  “Onlar” verilişinə açıqlamasında  həmkarı Zülfiyyə Xanbabayeva ilə ifa edəcəyi “Unutulur” adlı mahnını N.Qafarzadənin onlardan eşidərək, dərhal repertuarına daxil etdiyini bildirmişdi.