Nadir Qafarzadə şou-biznesə “kiçik əjdaha” gətirdi – - Video

nadir-qafarzade-sou-biznese-kicik-ejdaha-getirdi-
Oxunma sayı: 2268


“Bu gün mən şou-biznesə yeni bir sima gətirdim. Düşünürəm ki, Rauf Bədəlzadə bu sahədə çox tanınacaq. Çünki o peşəkar komanda ilə iş görür. Bundan əlavə o, şou-biznesə ilk addımını yaxşı və idealı atır. Belə ki, bu gün o,  Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Vüqarlı rəhbərim” adlı mahnını sizlərlə bölüşür. Onu da deyim ki, Rauf çox yaxşı ifaçı olmaqla yanaşı, gözəl insandır. Mən daim ona şou aləmində dəstək olacam. İndi bir çoxları deyəcək ki, şou-biznesə “kiçik əjdaha” gəlir. Amma onu deyim ki, Raufun özünə məxsus ifa tərzi var. Bu gün ilk işini təqdim etdi. İnşallah onunla bir çox layihələrə imza atacağam. Gözləməyə dəyər”.

Qafarzadənin sözlərindən sonra müğənni R.Bədəlzadə düşüncələrini dilə gətirib: “Bu gün mən Ulu Öndər Heydər Əliyevin xatirəsinə “Vüqarlı rəhbərim” adlı mahnını təqdim edirəm. Məhz buna görə ilk öncə mahnının musiqi müəllifi Nailə Mirməmmədliyə, və sözlərini yazan şair Vüqar Əhmədə minnətdaram. Bundan savayı ustadım, bu sənətdə mənə dəstək olan insanlara, Nadir Qafarzadəyə və Təranə xanıma çox sağ ol demək istəyirəm. İnşallah şou-biznesdə bir çox işlər görəcəyəm. 

Qeyd edək ki, sözləri  Vüqar Əhmədə, musiqisi Nailə Mirməmmədliyə aid “Vüqarlı rəhbərim” adlı mahnının klip təqdimatına əməkdar artist Elza Seyidcahan, müğənnilər Kərim Abbasov, İzzət Bağırov, Səidə Sultan, prodüserlər Namiq Qafarov, Sayqa Cahid və başqaları gəlmişdi.