Nadir Qafarzadədən arvadına sürpriz- - Video

nadir-qafarzadeden-arvadina-surpriz-
Oxunma sayı: 2600


“Qafqazinfo”nun məlumatına görə,  müğənni xanımının şərəfinə “Sevincim” adlı bəstəni mahnı ifa edib.
“Bu sadəcə bir sevgi etirafıdır. Təxminən 3-4 dəqiqəlik mahnıda keçdiyimiz həyat yoluna nəzər salmışam. İndi bir çoxları deyəcək ki, Nadir həyat yoldaşı ilə gündəmə gəlir. Bu heç də belə deyil. Bu sadəcə mənim xanımıma verdiyim sevgi, hörmət və dəyərdi. Kim necə fikirləşir, fikirləşsin. Düşünürəm ki, hər bir bəy öz xanımına dəyər verməlidir. Mən də müğənniyəm. Öz sevgi etirafımı ona musiqilərimlə bildirirəm. Heç kimsə düşünməsin ki, bu gündəm, reklam üçündür. Mənim reklama ehtiyacım yoxdur. Sadəcə 23 illik həyat yoldaşıma, uşaqlarımın anasına təqdim edəcəyim növbəti hədiyyədir. Mahnının sözlərində də bir məna var. “Sevincim” adlı bəstənin sözləri Altay Yaşara, musiqisi isə Fərid Kərimliyə məxsusdur. Düşünürəm ki, ifa etdiyim bu mahnının mənim həyatımda ayrı yeri olacaq”-,deyə Qafarzadə bildirib. 

Qeyd edək ki, N.Qafarzadə 2014-ci il iyulun 6-da Yaşıl Teatrda həyat yoldaşına “Həyatımsan ömrüm qədər” adlı konsert vermişdi. 

Könül