Nadir qayıtdı

nadir-qayitdi
Oxunma sayı: 1319


"Qafqazinfo" xəbər verir ki, müğənni artıq sabahdan iş başına keçəcək: “Nəhayət ki, ailəmlə birgə istirahət edib, paytaxta döndüm. Çünki Bakıda görüləsi çox işlərim var idi. Məndən asılı olsa idi bir az da qalıb, dincələrdim. Amma buna baxmayaraq, çox yaxşı istirahət mövsümü keçirdiyimi düşünürəm. İstirahətdə olduğum müddətdə şou-biznesin qeybət və səs-küylərindən qulağım da dincəlmişdi. İstirahət müddətimdə həm ziyarət, həm ticarət deyib, Türkiyədə yaradıcılıq işlərimə də fasilə vermədim. Yeni mahnılar yazdırıb, aranjiman etdirdim. Gözlənilməz layihələr hazırlayıram. Öncədən söyləmək istəmirəm. Amma bircə onu deyim ki, gözləməyə dəyər. Bundan əlavə sentyabrın 13-də Yaşıl Teatrda baş tutacaq konsertimə hazırlıq prosesi gedir”.