Nadir türkiyəli kişilərə ərə gedən qadınlarımızı təhqir etdi

nadir-turkiyeli-kisilere-ere-geden-qadinlarimizi-tehqir-etdi
Oxunma sayı: 2781

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə müzakirələrə səbəb olacaq status yazıb.  “Qafqazinfo” xəbər verir ki, sənətçi instaqram səhifəsində post paylaşaraq Türkiyə vətəndaşları ilə ailə quran azərbaycanlı qadınları təhqir edib:

"Türkiyəli qadınların çoxu təkəbbürlüdür. Onların ailələrində ər arvaddır, arvad ər. Yəni qadının sözü daha çox  keçərlidir. Türkiyəli kişilərin bizim qadınlarla evlənməsinə gəldikdə isə bizim qadınlarımızın üzüyola olmasıdır. Yəni “qapazı vur, çörəyini al əlindən” məsəli.

Bizim bəzi sadəlövh “qızlarımız”a fərq etməz, təki ər olsun deyə, evlənirlər. Bir-iki ildən sonra qucaqlarında uşaq atılırlar. Hətta çoxundan uşağı alıb yola salırlar. Atalar yaxşı deyiblər, ucuz ətin şorbası olmaz. Yaxşılardan uzaq”.