Nadirin çıxış sırası açıqlandı

nadirin-cixis-sirasi-aciqlandi
Oxunma sayı: 2630

Azərbaycanı “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Nadir Rüstəmlinin mayın 12-də Turində keçiriləcək yarımfinalda çıxış edəcəyi sıra nömrəsi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, o, 4-cü nömrə altında çıxış edəcək.

Yarımfinalda, həmçinin Avstriya, Kipr, Finlandiya, Gürcüstan, İsrail, Malta, San-Marino, Serbiya, Belçika, Çexiya, Estoniya, İrlandiya, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, İsveç iştirak edəcək.

Azərbaycan təmsilçisi müsabiqədə “Fade to Back” mahnısı ilə çıxış edəcək. Mahnının musiqi və sözləri Andreas Stoun, Anders Retov, Sebastyan Şub və Tomas Stenqaarddır.