“Qafqazinfo”nun məlumatına görə, həyat yoldaşı ilə birgə konsert salonuna daxil olan müğənni xanımına əsl kraliçalara layiq bəzətdirdiyi kreslosunda əyləşdirərək onun şərəfinə sevilən mahnılarını oxuyub. Mərhum sənətkar Hüseynağa Hadıyevin repertuarından olan “Sən olmuşam” mahnısını ifa edən müğənni daha sonra sevilən mahnılarını bir-birinin ardınca düzüb.
Azərbaycanda ilk dəfə baş tutan konsertdə müğənninin ifaları zamanı onu rəqs qrupları müşayiət edib. Konsertdən sonra N. Qafarzadənin ömür-gün yoldaşı öz təəssüratlarını bölüşüb: “Konsert çox ürəyimcə oldu. Buna görə də həyat yoldaşıma təşəkkür edirəm. Nadir çox yaxşı dost və ailə başçısıdır. Allah onsuz bir günümüzü etməsin. O, ilk öncə mənə konsert verəcəyini deyən zaman inanmadım. Fikrinin qəti olduğunu görəndə isə razı olmadım. Daha sonra isə razılığa gələ bildik. Əla konsert keçdi. Konsert başlayanda bir az həyəcanlı idim. Daha sonra isə hər şey qaydasına düşdü”. Xatırladaq ki, “Həyatımsan ömrüm qədər” adlı gecədə müğənni 23 mahnı ifa edib. Onlardan 4 yeni olub. Yalnız sözləri Altay Yaşar, musiqisi Fərid Kərimliyə məxsus olan “Sevincim Nadir incim” mahnısı isə məhz həmin gecə üçün yazılıb.
Son xəbərlər
Son Xəbərlər