Qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara göstərilən humanitar yardım kampaniyasına Naftalan Şəhər İcra Hakimiyyəti də qoşulub.
“Qafqazinfo” xəbər verir ki, bu gün Naftalan ŞİH tərəfindən humanitar yardım Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, ŞİH-nin məsul əməkdaşları Baş konsulluğun qarşısında yaradılan guşəni ziyarət edib, həlak olanların ruhuna ehtiramlarını bildiriblər.
İcra başçısı Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla görüşüb, baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib. Sonra Konsulluqdakı xatirə kitabına başsağlığı qeydi yazıb.
Görüş zamanı vurğulanıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş ölkənin zəlzələdən zərər görmüş bölgələrinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb.
Görüşdə, həmçinin Naftalan şəhər sakini, iki şəhid anası Zeynəb Bayramova da iştirak edib.








Son xəbərlər
Son Xəbərlər