Naftalan sakini balkondan yıxılıb öldü

naftalan-sakini-balkondan-yixilib-oldu
Oxunma sayı: 2745

Naftalanda bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Naftalan şəhər sakini 1963-cü il təvəllüdlü Nazir İsmayılov binanın balkonundan yıxılıb.

O, başından aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə yerinə prokurorluq və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev