Naftalan və İvaniç-Qrad şəhərləri qardaşlaşdı - Foto

naftalan-ve-ivanic-qrad-seherleri-qardaslasdi
Oxunma sayı: 1268

Xorvatiyanın İvaniç-Qrad şəhəri və Naftalan şəhəri arasında əməkdaşlıq Xartiyasının imzalanması ilə əlaqədar geniş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, İvaniç-Qrad Şəhər Şurasının böyük zalında baş tutan 200 nəfər iştirakçının və şəhər aktivinin qatıldığı rəsmi tədbirdə Naftalan nümayəndə heyəti – ŞİH başçısı Vüqar Novruzov və ŞİH-nin sektor müdiri Ülfət Əliyev, Azərbaycanın Xorvatiyadakı səfirinin birinci katibi Zaur Abbasov iştirak ediblər.

Hər iki şəhər arasında dostluq və əməkdaşlıq haqqında Xartiya imzalanıb. Sənədi Azərbaycan tərəfindən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Xorvatiya tərəfindən İvaniç-Qrad şəhərinin meri Javor Bojan Leš imzalayıb. Xartiyanın imzalanması şəhərlər arasında humanitar, mədəni və turistik əlaqələrin inkişafına və hər iki dost şəhərin sakinləri arasında münasibətlərin qurulmasına töhfə verəcəkdir.

İmzalanmadan sonra hər iki şəhər rəhbəri çıxış edib, qarışılıqlı hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Naftalan şəhərini bundan öncə daha müxtəlif dörd ölkənin şəhərləri ilə imzalanmış qardaşlıq, tərəfdaşlıq əlaqələri birləşdirir.