Naftalanda 10 raket tapıldı - Fotolar

naftalanda-10-raket-tapildi
Oxunma sayı: 1028

Naftalanda kənd ərazisində 2 ədəd 73 mm-lik PQ-9 və 8 ədəd PQ-9 raketi tapılıb.

Naftalanda Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Qafqazinfo”ya verilən məlumata görə, Naftalan şəhər Polis Şöbəsindən Agentliyə həmin şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin və Naftalan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.

Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd 73 mm-lik PQ-9 raketi götürülüb, ətrafda aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əlavə olaraq 8 ədəd PQ-9 raketi (cəmi: 10 ədəd) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.