Naftalanda ağır qəza, ölənlər var-Fotolar

naftalanda-agir-qeza-olenler-var-fotolar
Oxunma sayı: 5915

Naftalanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə Naftalan-Qaşaltı avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli