Naftalan Şəhər İcra Hakimiyyətində 2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə tədbir təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Naftalan ŞİH başçısı, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Gənclər İdman İdarəsinin rəisi, icra hakimiyyətinin məsul əməkdaşları və gənclər iştirak edib.
Gəncləri bu əlamətdar gün münasibətilə təbrik edən icra başçısı qeyd edib ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi, gənclərimizə qayğı və dəstəyin göstərilməsinin əsası Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır.
Sonda fəal gənclərə, həmçinin ŞİH tərəfindən vətənpərvərlik ruhunun aşılanması mövzusunda məktəblilər arasında keçirilmiş “Zəfər tarixi” inşa yazı müsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.




Son xəbərlər
Son Xəbərlər