Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və “Garabagh Resort & Spa Naftalan”ın təşkilatçılığı ilə Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.
“Qafqazinfo” xəbər verir ki, iftar süfrəsində ŞİH-nin başçısı Vüqar Novruzov, millət vəkilləri Ziyad Səmədzadə, Anar Məmmədov, Emin Hacıyev, Əliabbas Salahzadə, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, şəhid ailələri, qazilər iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcra başçısı çıxışında qeyd edib ki, ölkəmizdə milli dəyərlərə hörmətin, tolerantlığın təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu dövlət-din münasibətləri sahəsindəki strateji kurs bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb.






Son xəbərlər
Son Xəbərlər