Naftalanda iş adamları ilə görüş keçirilib - Fotolar

naftalanda-is-adamlari-ile-gorus-kecirilib
Oxunma sayı: 1133

Naftalan Şəhər İcra Hakimiyyətində ŞİH-nin başçısı və “SakuraZ Holding”in və “Ezone” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı icra başçısı şəhərin sosial-iqtisadi inkişafı quruculuq işləri və qarşıda duran perspektivlər barədə qonaqlara məlumat verib, həmçinin Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naftalan şəhərinin beynəlxalq turizm mərkəzinə çevrildiyini vurğulayıb. 

Qeyd edilib ki, artıq Naftalan şəhərində “Wingz” elektrikli skuterlərin istifadəsinə başlanılıb və 9 dayanacaq məntəqəsi quraşdırılıb. Mikromobilliyin inkişafı və tətbiqi istiqamətində atılan addımlarda “Sakuraz” şirkəti fəal iştirak edir. Ən əsası da odur ki, “Wingz” skuterleri elektriklə çalışdığı üçün ekoloji cəhətdən üstünlük təşkil edir. İnnovativ həllər istiqamətində atılan bu addımlar həm ekologiya üçün, həm də Naftalan şəhərinə yeni növ nəqliyyat vasitələrinin tətbiqini hədəfləyir.

Turistlərin və yerli sakinlərin bir nöqtədən digərinə hərəkət etmək, eləcə də gəzintiləri üçün bu nəqliyyat növündən fəal istifadəsi müşahidə olunur. Şəhər ərazisində və ölkəmizdə ilk və uzunluğu 7 km veloyolun olması skuterlərin istifadəsini daha da əlverişli edir.

Həmçinin səmimi söhbət zamanı qarışılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.