Naftalanda mətbuat nümayəndələri ilə görüş - Fotolar

naftalanda-metbuat-numayendeleri-ile-gorus
Oxunma sayı: 2048

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Mətbuatın yaranmasının 149 illiyi münasibətilə bir qrup media nümayəndələri ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin, həmçinin peşə borcunu yerinə yetirərkən şəhid olmuş jurnalistlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

İcra başçısı Vüqar Novruzov bildirib ki, 149 illiyini qeyd etdiyimiz Azərbaycan Mili Mətbuatı zəngin və mənalı inkişaf yolu keçib.

ŞİH tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən Vüqar Novruzov vurğulayıb ki, mətbuatın inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mətbuat nümayəndələri ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi üçün bütün zəruri imkanlar yaradılmasından, Azərbaycan mətbuatının yüksək dövlət qayğısı ilə əhatə olunması istiqamətdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsindən söhbət açaraq Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Milli Mətbuat Günü münasibətilə mətbuat nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.